Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti tapıldı
- 20-01-2023, 18:22
- Hadisə
Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb.
“Report”un məlumatına görə, rayonun Səttarxan küçəsində yerləşən evlərdən birindən yaşlı kişi meyiti tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Araşdırma zamanı ölən şəxsin həmin evdə tək yaşayan 1955-ci il təvəllüdlü Məmmədov Məhəmməd Bəhmən oğluna aid olması məlum olub.
Onun meyitində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.