Beyrutdakı partlayışda ölənlərin sayı 78-ə çatdı
- 5-08-2020, 08:47
- Hadisə
Ötən gün Beyrut limanında baş vermiş partlayış nəticəsində 78 nəfər həlak olub, 4 mindən çox insan yaralanıb.
“Azad Səs” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, Livan hökuməti çox sayda insan itkin düşdüyü üçün ölənlərin sayının artacağını istisna etmir.
Partlayış nəticəsində yaranmış dağıntıların altından insan cəsədləri çıxarılmağa davam edir. Xəstəxanaların yaralılarla dolduğu bildirilib.
Avqustun 4-də Livan paytaxtında güclü partlayış baş verib. Partlayış nəticəsində şəhərin binalarının yarısı zərər görüb. Livanın Baş Naziri Həsən Diyab, partlayışın Beyrut limanında 2750 ton ammonium nitratının 6 il boyunca düzgün saxlanılmaması nəticəsində baş verdiyini açıqlayıb.
Ölkədə üç günlük matəm elan edilib, həmçinin iki həftəlik fövqəladə vəziyyət elan ediləcəyi gözlənilir.