Главная > Hadisə / Manset > Tovuzda azyaşlılar bit əleyhinə dərmandan zəhərləndilər

Tovuzda azyaşlılar bit əleyhinə dərmandan zəhərləndilər


11-01-2023, 09:29. Разместил: admin
Tovuzda azyaşlılar bit əleyhinə dərmandan zəhərləndilər

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Dondar Quşcu kənd sakinləri - 2019-cu il təvəllüdlü Əliyev Adəm Əmrah oğlu və 2021-ci il təvəllüdlü Əliyev Rüfət Əmrah oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Azyaşlılara tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, azyaşlı qardaşlar valideynin səhlənkarlığından bit əleyhinə dərmanı içərək zəhərləniblər.
Вернуться назад