Gəncədə iki nəfər dəm qazından boğulub
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Aydınbəy küçəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Dünya Şahverdiyeva və 2000-ci il təvəllüdlü Səma Şahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.