Gəncədə pirotexniki vasitə gəncin əlində partladı
- 22-12-2022, 08:48
- Hadisə
![Gəncədə pirotexniki vasitə gəncin əlində partladı](/uploads/posts/2022-12/b7ef4ff8-b1e8-33ec-9e81-897c978add6e_850.jpg)
Gəncədə əlində pirotexniki vasitə partlayan gənc ciddi xəsarət alıb
“Report” xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü A.Əhmədov əlində pirotexniki vasitənin partlaması nəticəsində sol əl nahiyəsindən ağır xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.