Главная > Hadisə > Gəncədə pirotexniki vasitə gəncin əlində partladı

Gəncədə pirotexniki vasitə gəncin əlində partladı


22-12-2022, 08:48. Разместил: admin
Gəncədə pirotexniki vasitə gəncin əlində partladı

Gəncədə əlində pirotexniki vasitə partlayan gənc ciddi xəsarət alıb

“Report” xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü A.Əhmədov əlində pirotexniki vasitənin partlaması nəticəsində sol əl nahiyəsindən ağır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад