Salyanda hamamda qızdırıcı partladı: 13 yaşlı yeniyetmə yaralandı
![](/uploads/posts/2022-05/medium/1651944025_ae2b79ac-b48e-3aaf-b8a6-ffc82ef08017_850.jpg)
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Manafov hamamda su qızdırıcının partlaması nəticəsində yanıq xəsarətləri alıb.
Yaralı rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.