Kəlbəcərdə traktor aşıb, ölən var - FOTO
![](/uploads/posts/2022-11/medium/1669185708_tra.jpg)
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, hadisə noyabrın 18-də rayonun Bağlıpəyə kəndində baş verib.
Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Tağıyev Fariz Rəhim oğlu idarə etdiyi “ZL 50” markalı traktor tipli frontal yükləyicinin idarəetmədən çıxaraq aşması nəticəsində dünyasını dəyişib.
![](/uploads/posts/2022-11/medium/1669185700_b2558662-0022-374f-a0e3-dc32e69f3480.jpg)
Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.