DİN-dən Qazaxda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA
“Ötən gün Qazaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır yaralananların olduğuna dair yayılan məlumatlar əsassızdır”.
Bunu Oxu.Az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
O bildirilib ki, rayonun Aslanbəyli kəndində qeydə alınan yol-nəqliyyat hadisəsində həkimə yüngül xəsarətlə müraciət edənlər olub:
“Hadisə nəticəsində xəstəxanaya müraciət edilib. Sürücü və sərnişinlərə xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar”.
Qeyd edək ki, Qazaxın Aslanbəyli kəndində “Sprinter” markalı sərnişin avtobusunun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb və yeddi nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.