Helikopter qəzası ilə bağlı cinayət işi açıldı
Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluqdan "Azadsəs.az"a daxil olan məlumatda bildirilir.
Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.