Azərbaycanda evdən gedən qadını taparaq öldürən atası ilə bağlı yeni FAKT
- 8-09-2022, 17:49
- Hadisə
Ötən gün Abşeron rayonunda qadının qətli ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva evli olub və altı yaşında bir oğlu var.
Onun həyat yoldaşı Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olub və qadın oğlu ilə birlikdə yaşayırmış. Onlar qohum olublar.
A.Abdullayeva sentyabrın 1-də ərinə məxsus evdən çıxıb və Abşeron rayonunda tanıdığı şəxsin evində qalıb.
Onun atası Nazim Əliyev qızının itkin düşməsi ilə bağlı Ağsu Rayon Polis Şöbəsinə müraciət etsə də, özü onu axtarmağa başlayıb. Ötən gün səhər saat 04:00 radələrində qızının tanışının evini tapıb və onlar mübahisə edib. Baş verən mübahisə nəticəsində o qızını bıçaqla qətlə yetirib.
Daha sonra o, rayona qayıdıb və Ağsu Rayon Polis Şöbəsində təslim olub.
N.Əliyev əvvəllər Rusiyada yaşayıb və orada məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, ötən gün Abşeron rayonunda Aybəniz Abdullayeva atası Nazim Əliyev tərəfindən qətlə yetirilib.
Abşeron Rayon Prokurorluğunun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.