Azərbaycanda azyaşlı övladlarını xilas edən ata çayda boğulub ölüb -TƏFƏRRÜAT
Saatlı Rayon Prokurorluğu rayon ərazisində iki nəfərin boğularaq ölməsi hadisəsinin təfərrüatını açıqlayıb.
Rayon rokurorluğundan bildirilib ki, avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı iki uşağını xilas edərkən özləri suda boğularaq ölüblər.
Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.