Dostunu xilas etmək istədi, özü də boğuldu - Nabrandakı faciənin təfərrüatı
Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən boğularaq ölən iki nəfərin axtarışları başa çatıb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Talıbov Naib Nadir oğlu və Hüseynov Nemət Sarvan oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.
Hər iki şəxs Quba rayonunun Aşağı-Atuc kəndinin sakinləridir. Onların meyitləri ailələrinə təhvil verilib.
Ölənlərin yaxınlarının bildirdiyinə görə, Nemətin dənizdə çimərkən batdığını görən Naib ona tərəf üzüb. Bu zaman Naib də batmağa başlayıb. Onların hər ikisinə kömək etmək istəyən Nemətin qardaşı İzzət Hüseynov da suda boğulmağa başlayıb.
Hadisə yerinə gələn xilasedicilər yalnız İzzəti xilas edə biliblər. Faktla bağlı araşdırma aparılır.