Qanunsuz ov edənlər cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 17-24 yanvar tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bunu “Azadsəs.az”a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib. Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Astara şəhər sakinləri Eldar Cəbrayılov və Asəf Qasımov olduğu müəyyən edilib.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakini Ziyadxan Sadıqov, Qaradağ rayon sakinləri Elvin İsmayılov, Elnur Nadirov və Saatlı rayon sakini Eldəniz Fərzəliyev saxlanılıb.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.