azadses.az » Hadisə » Birlikdə istirahətə yollandılar, evli olduğunu öyrəndi: İtkin düşən qadının sevgilisi niyə həbs olundu?

Birlikdə istirahətə yollandılar, evli olduğunu öyrəndi: İtkin düşən qadının sevgilisi niyə həbs olundu?

Bakıda bir müddət əvvəl itkin düşən və ailəsi tərəfindən axtarışa verilən qadının sevgilisi həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları iyul ayında yoxa çıxan və axtarışına başlanılan D.İsmayılovanın (şərti soyadlı) telefon zənglərini araşdırıblar.

Araşdırma zamanı onun 1984-cü il təvəllüdlü F.Abbasəliyevlə (şərti soyadlı) gizli sevgi münasibətinin olması üzə çıxıb. Polis əməkdaşları daha sonra həmin şəxsin axtarışına başlayıblar. Bir neçə dəfə zəng edərək onu 27-ci Polis Bölməsinə dəvət ediblər. Lakin həmin şəxs bölməyə gedərək izahat yazmaqdan imtina edib.

Bir neçə gün əvvəl isə polislər gecə saatlarında F.Abbasəliyevin yaşadığı evə gedərək onu bölməyə gətirmək istəsələr də, müqavimət göstərərək polislərlə getməyəcəyini bildirib.

Bundan sonra o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə protokol tərtib edilərək Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə F.Abbasəliyev D.İsmayılova ilə münasibətini kəsdiyini və polisin onu bölməyə aparmasını anlamadığını bildirib:

“Özümü inzibati xəta ilə bağlı qismən təqsirli bilirəm, sərxoş olduğum üçün müəyyən hərəkətlər etmişəm. Eyni zamanda bildirim ki, itkin düşməsi ilə əlaqədar axtarılan şəxs D.İsmayılova ilə telefon vasitəsilə tanış olmuşdum. D.İsmayılova mənimlə birgə Göygöl rayonunda bir neçə gün qaldı. Sonradan onun ailəli olduğunu öyrəndiyim üçün ayrıldım və Bakı şəhərinə yola saldım. Hazırda D.İsmayılovaya görə polis bölməsinə dəvət edilməyimi düzgün hesab etmirəm”.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə F.Abbasəliyevə 15 sutka həbs cəzası verilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı