azadses.az » Hadisə » Arvadını baltalamaq istəyən şəxs: “Polis onunla kobud danışırdı”

Arvadını baltalamaq istəyən şəxs: “Polis onunla kobud danışırdı”

Qəbələdə həyat yoldaşını baltalamaq istəyən və polis şöbəsinin həyətində səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan şəxsə cəza verilib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, Talıb Əhmədovun (ad və soyadlar şərtidir) həyat yoldaşı Məsmə Əhmədova “102” xidmətinə zəng edərək ərinin onu baltalayaraq öldürmək istəməsi barədə məlumat verib. Polis əməkdaşları gələrək onları izahat almaq üçün şöbəyə dəvət ediblər.

Onlar şöbəyə getdikdən sonra Talıb Əhmədov Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının həyətində səs-küy salaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

Daha sonra T.Əhmədov polis şöbəsinə aparılıb və onun barəsində inzibati protokol tərtib edilərək Qəbələ Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Talıb Əhmədov bildirib ki, polislər onun arvadı ilə kobud danışdıqları üçün əsəbiləşib:

“Hadisə baş verən gün axşam saatlarında evə getdim. Uşaqlar evdə olsalar da, Məsmə yox idi. O, xadimə işləyir. Evə gec gəlməsindən əsəbiləşdim. Gələndən sonra əlimə baltanı alaraq onu vuracağımı dedim. Məqsədim onu vurmaq yox, sadəcə qorxutmaq idi. Bundan sonra polisə müraciət edib. Polislər də gəlib bizi şöbəyə apardılar. Şöbəyə gedəndən sonra mən həyətdə qaldım, Məsməni içəri apardılar. Təhqiqatçı onunla kobud danışdığı üçün əsəbiləşdim. Bu zaman mən polislərdən su və siqaret istədim. Orada olan sürücü polis mənə qarşı nalayiq ifadələr işlədib zor tətbiq etdi. Mən yenə də onlara qarşı heç bir nalayiq ifadə işlətmədim. Mən izahat verməkdən imtina edib, arvadımı da alıb evə gəldim”.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona səkkiz sutkalıq həbs cəzası verilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”