azadses.az » Hadisə » “Bombanı ürəyimə qoymuşam” deyən şəxsə ağır cəza verildi

“Bombanı ürəyimə qoymuşam” deyən şəxsə ağır cəza verildi

Ötən il Gəncədə polisə yalan məlumat verən şəxs barədə qərar verilib.

“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, keçən il 2 iyul tarixində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Gəncə Şəhər İcra Hakimiyyətinin binasına ümumilikdə 13 ədəd partlayıcı yerləşdirildiyini deyən şəxsin 1973-cü il təvəllüdlü Şakir Məmmədov olması üzə çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, polisə zəng edən şəxs İcra Hakimiyyətinə qoyulmuş bombaların 1 saat yarımdan sonra partlayacağını deyib. Araşdırmalar zamanı məlumatın həqiqətə uyğun olmaması üzə çıxıb və Şakir Məmmədovun polisə zəng edərkən sərxoş halda olması dəqiqləşib.

Ş.Məmmədov ifadəsində bildirib ki, uzun müddət Rusiyada bizneslə məşğul olub və orada xeyli miqdarda borclandığı üçün Gəncəyə qayıdıb. Lakin daim spirtli içki qəbul etdiyindən anası ona “Jeep” markalı avtomobili idarə etməyə imkan verməyib və maşını gizlədib. Bundan sonra o, anasına əsəbiləşərək polisə yalan məlumat vermək və diqqəti üzərinə cəlb etmək qərarına gəlib: “Həmin vaxt sərxoş olduğuma görə danışdıqlarım yadıma gəlmir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları gəlib məni sərxoşluq müayinəsindən keçirdilər. Həmin vaxt polislər məndən bombaları haraya qoyduğumu soruşanda sərxoş olduğum üçün “bombanı ürəyimə qoymuşam” dedim”.

Cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib. Bir neçə gün əvvəl proses başa çatıb və məhkəmə Şakir Məmmədovu qeyd edilən maddə ilə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”