azadses.az » Cəmiyyət » Xanımla maşında gecələyən şəxs 150 manat cərimələndi

Xanımla maşında gecələyən şəxs 150 manat cərimələndi

Gəncədə avtomobili yol kənarında saxlayıb yatan şəxs cərimə olunub.

“Qafqazinfo”nun məlumatına görə, bir müddət öncə gecə 03:50 radələrində polis əməkdaşları xidmətdə olarkən iki nəfəri avtomobildə yatmış vəziyyətdə görüb, onların huşsuz vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün maşına yaxınlaşıblar. Məlum olub ki, avtomobildə biri kişi, digəri qadın olmaqla iki nəfər var.

Bu zaman maşındakı Zaur Alıyev (şərti) qeyri-adekvat hərəkətlər nümayiş etdirdiyi üçün polis bölməsinə dəvət edilib. O, polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə Nizami RPİ-nin növbətçi hissəsinə aparılıb. İdarədə ona polisin qanuni əmrinə tabe olmadığı əsası ilə protokol tərtib olunub və məhkəməyə göndərilib.

Z.Alıyev məhkəmədə özünü təqsirli bilməyərək deyib ki, yanındakı xanım tanışıdır:

“Nişan mərasimindən çıxdıqdan sonra saat 23:30 radələrində onu şadlıq sarayından götürdüm, birlikdə parka getdik. Qəhvə alıb içdikdən sonra hotelə gedərək gecəni orada keçirmək qərarına gəldik. Lakin hotelin administratoru nikah haqqında şəhadətnaməmiz olmadığı üçün bizi buraxmadı. Biz də parka qayıdıb avtomobili sakit bir yerdə saxlayıb arxa oturacaqda yatdıq. Bir qədər sonra avtomobilin pəncərəsinin döyüldüyünü eşitdik. Ayılanda polislər olduğunu gördük. Polis məndən və xanımdan özümüzü təqdim etməyimizi tələb etdi. Mən özümü təqdim etsəm də, xanımla bağlı tələbə etiraz etdim. Bu səbəbdən polis əməkdaşları məni bölməyə aparacaqlarını bildirdilər. Yanımdakı xanımın ad-soyadını təqdim etmədiyim üçün Polis Bölməsinə aparıldıq”.

Məhkəmədə ifadə verən polis serjantı Akif Vəkilov bildirib ki, ekipaj yoldaşı ilə xidmətdə olarkən iki nəfərin avtomobildə yatdığını görüblər:

“Avtomobilin şüşəsini döyüb oyatdıq ki, birdən dəm qazından boğulmuş olarlar. Özümüzü təqdim edərək haradan olmalarını soruşdum. Oğlan özünü təqdim etsə də, xanımın ad soyadını soruşduqda bizə Amerikada yaşadığını bildirdi. Xanıma da soyadını deməməsini tapşırdı. Hərəkətləri bizdə şübhə yaratdı, özünü aqressiv aparmağa, uca səslə qışqırmağa başladı. Onu patrul maşınına mindirərək Polis Bölməsinə apardıq”.

İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinən Zaur Alıyev Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 150 manat cərimə edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”