Главная > Hadisə / Manset > Arvadını baltalamaq istəyən şəxs: “Polis onunla kobud danışırdı”
Arvadını baltalamaq istəyən şəxs: “Polis onunla kobud danışırdı”1-07-2022, 18:21. Разместил: admin |
Qəbələdə həyat yoldaşını baltalamaq istəyən və polis şöbəsinin həyətində səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan şəxsə cəza verilib. “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib. Belə ki, Talıb Əhmədovun (ad və soyadlar şərtidir) həyat yoldaşı Məsmə Əhmədova “102” xidmətinə zəng edərək ərinin onu baltalayaraq öldürmək istəməsi barədə məlumat verib. Polis əməkdaşları gələrək onları izahat almaq üçün şöbəyə dəvət ediblər. Onlar şöbəyə getdikdən sonra Talıb Əhmədov Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının həyətində səs-küy salaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Daha sonra T.Əhmədov polis şöbəsinə aparılıb və onun barəsində inzibati protokol tərtib edilərək Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən Talıb Əhmədov bildirib ki, polislər onun arvadı ilə kobud danışdıqları üçün əsəbiləşib: “Hadisə baş verən gün axşam saatlarında evə getdim. Uşaqlar evdə olsalar da, Məsmə yox idi. O, xadimə işləyir. Evə gec gəlməsindən əsəbiləşdim. Gələndən sonra əlimə baltanı alaraq onu vuracağımı dedim. Məqsədim onu vurmaq yox, sadəcə qorxutmaq idi. Bundan sonra polisə müraciət edib. Polislər də gəlib bizi şöbəyə apardılar. Şöbəyə gedəndən sonra mən həyətdə qaldım, Məsməni içəri apardılar. Təhqiqatçı onunla kobud danışdığı üçün əsəbiləşdim. Bu zaman mən polislərdən su və siqaret istədim. Orada olan sürücü polis mənə qarşı nalayiq ifadələr işlədib zor tətbiq etdi. Mən yenə də onlara qarşı heç bir nalayiq ifadə işlətmədim. Mən izahat verməkdən imtina edib, arvadımı da alıb evə gəldim”. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona səkkiz sutkalıq həbs cəzası verilib. Вернуться назад |