Ağdaşdan Bakıya getmək istəyən koronavirus xəstəsi saxlanılıb
- 7-12-2020, 09:54
- Hadisə
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və evdə müalicə alan koronavirus xəstələri yoxlanılan zaman rayonun Sadavat kənd sakini Tahir Əhmədovun yaşadığı ünvanı tərk etdiyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, T.Əhmədovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə alsa da o, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və Bakı şəhərinə getmək istəyərkən saxlanılıb.
Koronavirus xəstəsi yaşadığı evə geri qaytarılıb.
İnfeksiyanın yayılmasına şərait yaradan və digərlərinin də sağlamlığını təhlükə altında qoyan T.Əhmədov barəsində Ağdaş Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.Report