Şamaxıda yanğın: Azyaşlı bacı-qardaşın vəziyyəti ağırdır - FOTO
- 9-06-2022, 15:04
- Hadisə
Şamaxıda baş vermiş bədbəxt hadisə nəticəsində azyaşlı bacı-qardaş ağır yanıq xəsarətləri alıblar.
Bu barədə Oxu.Az-a onların anası Ülviyyə Niyazova məlumat verib.
O bildirib ki, uşaqları – altı yaşlı Niyazov Elvin və səkkiz yaşlı Niyazova Təranənin vəziyyətləri ağırdır:
“Hadisə iyunun 4-ü baş verib. Evdə qaz balonundan istifadə edirik. Uşaqları evdə qoyub marketə getmişdim. Bir də uzaqdan gördüm ki, ev yanır. Yanğınsöndürənlərin və qonşuların köməkliyi ilə uşaqları evdən çıxardıq. Onların oradan çıxması möcüzə idi. İndi qızımın vəziyyəti daha ağırdır.
İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib”.
Ü.Niyazova qeyd edib ki, uşaqlar təcili Şamaxıdan Bakıya aparılmalıdırlar. Amma hazırda maddi dəstəyə ehtiyacı var:
“Həyat yoldaşım çobandır. Hadisə zamanı o da örüşdə olub. Evimizdən heç nə qalmadı. Hər şey yandı. Heç olmasa, balalarım ayağa qalxsınlar. Həkimlər deyirlər ki, burada onların sağalmağı üçün şərait yoxdur. Bakıya göndərəcəklər. Xeyirxah insanlardan bizə yardım etmələrini xahiş edirəm”.
Əlaqə nömrəsi: Ülviyyə Niyazova (ana) +994 51 660 76 38
Milliön: Bank Respublika - Hesaba mədaxil - 2243 4330 -AZE 00093898
Kart-to-kart: 5235 2222 2243 4330