Bakıda azyaşlı binadan yıxılaraq ölüb
Bakıda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Xətai rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.
2020-ci il təvəllüdlü S.Osmanova 10 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Azyaşlı hadisə yerində keçinib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı Xətai rayon prokrorluğunda araşdırma aparılır.