Ərini atıb başqasına qaçan qadın güllələndi
Sumqayıtda güllələnmə hadisəsi olub.
"Azadsəs.az"ın məlumatına görə, Corat qəsəbəsində M.M. bacısı R.Ə.-yə odlu silahdan atəş açıb.
Döş qəfəsi nahiyəsindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.
İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində olub. Belə ki, bir müddət əvvəl R.Ə. həyat yoldaşını ataraq, başqasına qoşulub qaçıb. Bundan xəbər tutan qardaşı onu öldürmək qərarına gəlib və məlum hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.