Lənkəranda ər arvadını qətlə yetirib
- 13-09-2020, 10:08
- Hadisə
Lənkəranda qətl hadisəsi törədilib.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə gecə saatlarında baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Günay Gəzray qızı Abıyeva yaşadığı evdə həyat yoldaşı 1983-cü il təvəllüdlü Mais Məhəmməd oğlu Abıyev tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, qətl odlu silahdan açılan atəşlə törədilib.
Qeyd edək ki, qətlə yetirilən G.Abıyeva əslən Qobustan rayonundandır. O, ailə qurduqdan sonra Lənkəranın Liman şəhərinin Balıqçılar qəsəbəsinə köçüb. Ailənin iki övladı var.
Qətli törətməkdə şübhəli bilinən M.Abıyev bir qədər əvvəl həbsxanadan buraxılıb.
Faktla bağlı cinayət işi açılıb, rayon prokurorluğunda araşdırma aparılır.