Qətldən sonra atasının evində gizlənibmiş... - DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi Şirvanda baş verən qətlə münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq deyib ki, bu gün saat 18 radələrində Şirvanda şəhər sakini, əvvəllər üç dəfə məhkum olunmuş Elnur Abıyev qoşalülə ov silahından atəş açaraq, ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyalə Abıyevaya ağır bədən xəsarəti yetirib:
“Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib. Cinayəti törədən Elnur Abıyev isə istifadə etdiyi odlu silahı götürərək, hadisə yerindən qaçıb.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində onun gizləndiyi yer (atasının evində gizlənib) müəyyən edilib.
E.Abıyevə silahı təhvil verib təslim olmaq barədə bir neçə dəfə xəbərdarlıq edilib. Lakin o, bu tələbdən qətiyyətlə imtina edərək, polis əməkdaşları istiqamətində bir dəfə atəş açıb.
Belə olan halda polis əməkdaşları xidməti silah tətbiq etmək məcburiyyətində qalıb və onun diz nahiyələrindən vuraraq zərərsizləşdiriblər.
Silah götürülüb və o, təcili xəstəxanaya aparılıb. Hazırda o, polis nəzarəti altında şəhər xəstəxanasında müalicə alır”.
Faktla bağlı cinayət işi başlanılıb.