Azərbaycanda qalmış 228 nəfər Rusiya vətəndaşı geri göndərilib
Pandemiya səbəbindən quru sərhədlərinin bağlanmasına görə Azərbaycanda qalmış Rusiya vətəndaşlarından ibarət növbəti qrup ölkələrinə göndərilib.
TASS bildirir ki, bu barədə Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib.
Onun sözlərinə görə, 228 nəfər Rusiya vətəndaşından yalnız 15-i Dağıstan sakini olub. Ölkəyə qayıdanların hərarəti ölçülüb və onlar barəsində bütün lazımi prosedurlar yerinə yetirilib.
Qeyd edək ki, bundan əvvəl mayın 18-də də koronavirus səbəbindən Azərbaycanda qalmış bir qrup Rusiya vətəndaşı ölkəsinə qayıtmışdı.