Məktəbdə 4 uşaq anası qətlə yetirildi
![](/uploads/posts/2022-02/medium/1644576196_bicaq.jpg)
“Azadsəs.az” xəbər verir ki, bu gün baş verən hadisə zamanı məktəbin gözətçisi, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayaraq öldürüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçıb.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən B.Əhmədlinin axtarışları davam etdirilir.
Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.