Главная > Hadisə / Manset > Məktəbdə 4 uşaq anası qətlə yetirildi

Məktəbdə 4 uşaq anası qətlə yetirildi


11-02-2022, 17:53. Разместил: admin
İsmayıllı rayonu, Basqal kənd tam orta məktəbində qətl hadisəsi olub.

“Azadsəs.az” xəbər verir ki, bu gün baş verən hadisə zamanı məktəbin gözətçisi, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayaraq öldürüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən B.Əhmədlinin axtarışları davam etdirilir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.
Вернуться назад