Bakıda bağçada 4 yaşlı uşaq öldü
Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.
“Azadsəs.az” “Publika.az”a istinadən xəbər verir ki, Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Dadaşov Mehti Ramin oğlunun halı qəfil pisləşib.
4 yaşlı uşaq bağça əməkdaşlarının köməkliyi ilə saat 14:00 radələrində yaxınlıqdakı “Buta” klinikasına çatdırılıb, lakin onun artıq vəfat etdiyi məlum olub.