Главная > Hadisə / Manset > Bakıda bağçada 4 yaşlı uşaq öldü
Bakıda bağçada 4 yaşlı uşaq öldü11-12-2021, 15:24. Разместил: admin |
Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib. “Azadsəs.az” “Publika.az”a istinadən xəbər verir ki, Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Dadaşov Mehti Ramin oğlunun halı qəfil pisləşib. 4 yaşlı uşaq bağça əməkdaşlarının köməkliyi ilə saat 14:00 radələrində yaxınlıqdakı “Buta” klinikasına çatdırılıb, lakin onun artıq vəfat etdiyi məlum olub. Вернуться назад |