Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.