Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 230 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə və içərisində iki ədəd məişət avadanlığı yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) ''Azad Səs''-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.