Biləsuvar rayonunda ümumi sahəsi 108 kvadrat metr olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kvadrat metr sahədə yanıb. ''Azad Səs'' xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib kİ, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.