Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 9 kvadrat metr sahədə yanıb. ''Azad Səs'' bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.