Главная > Hadisə > Bakıda birmərtəbəli evdə yanğın - FHN

Bakıda birmərtəbəli evdə yanğın - FHN


12-01-2021, 14:10. Разместил: azadses
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 230 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə və içərisində iki ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) ''Azad Səs''-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад