Bakıda qadın evdə yanaraq öldü
- 18-02-2020, 12:57
- Hadisə
Dəmir köşkün içərisində ev əşyaları ilə birlikdə yanıb
Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Azadsəs-in məlumatına görə, ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb.
Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.