Rusiyalı alimlər 3D printerdə geyim hazırlamağı öyrəniblər
- 26-11-2020, 08:01
- Dünya
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Zvezda” xəbər yayıb.
Nümunələrin dekabr ayında “Vuzpromekspo-2020” sərgisində təqdim olunması planlaşdırılır.
Yeni çap texnologiyasını (iplərin bir-birinə toxunmasının analoqu) əldə etmək üçün elm adamları FDM (fused deposition modeling) texnologiyasından istifadə ediblər.
“FDM texnologiyası iplər bir-birinə yapışdıqları üçün parça kimi toxuma quruluşu düzəltməyə imkan vermir. Bunu lazerlə reallaşdırmaq mümkündür, ancaq bu halda materialın dəyəri dəfələrlə artacaq”, - deyə mütəxəssislər bildirib.
Bildirilir ki, 10x10 santimetrlik parça nümunəsinin qiyməti FDM texnologiyasından istifadə edildiyi təqdirdə 60-70 rubla (1.34-1.56 AZN), lazerlə hazırlanarsa, 5 min rubla (112 AZN) başa gələcək.
Yeni texnologiyanın yaradıcıları aşağı qiymət və əlçatanlığı ilə əlaqədar materialın geniş istifadəyə uyğun olacağını qeyd edirlər.