Sabirabad sakinindən 7 kq qurudulmuş marixuana götürüldü
- 2-11-2020, 12:53
- Kriminal
Sabirabad sakinindən 7 kiloqram qurudulmuş marixuana götürülüb.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda keçirilən əməliyyat zamanı Sabirabad rayonu Cəngan kənd sakini, 1981-ci il təvəllüdlü Elman Xanbala oğlu Muradov saxlanılıb. Onun üzərinə baxış zamanı 30 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əməliyyatın davamı olaraq E.Muradovun yaşadığı Cəngan kəndindəki evindən isə 7,245 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
E.Muradov ifadəsində yaşadığı evin həyətində sonradan qurudub satmaq məqsədi ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.