Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
- 14-09-2020, 10:36
- Cəmiyyət
Ailənin orta aylıq gəliri hər ailə üzvü üçün ehtiyac meyarının məcmusundan azdırsa, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edə bilər.
''Azad Səs'' HİT.Az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin müdiri Rasim Səfərov deyib. O, bildirib ki, qanunvericiliyə əsasən ehtiyac meyarı 160 manat nəzərdə tutulub.
"Əgər bu şərt ödənirsə, vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edə bilərlər. Digər bir tərəfdən əgər ailə üzvü əmək qabiliyyətlidirsə, ilk növbədə o, özü cəhd edib məşğulluğunu təmin etməlidir. Yox, əgər özündən asılı olmayan səbəbərdən ailə gəlirləri aşağı olursa, bu halda sosial müavinət əldə edə bilir".