Avropada İKİNCİ DALĞA: sərt tədbirlər yenidən qaytarıldı
- 23-09-2020, 10:24
- Dünya
Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb.
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, hökumətlər yoluxmaya qarşı qabaqlayıcı tədbirləri sərtləşdirib.
İngiltərənin 7 əyalətində bir ailə üzvlərinin başqaları ilə sosiallaşması qadağan olunub. Qida sektorunun masada müştəri qəbul etməsi və əyləncə məkanlarının 22:00-dan sonra fəaliyyəti yasaqlanıb. COVID-19 testinin nəticəsi pozitiv çıxanların evdə özlərini izolyasiya etməsi 28 sentyabrdan etibarən məcburi olacaq. Qaydalara əməl etməyənlər ilk mərhələdə min, təkrarlanacağı təqdirdə 10 min funt sterlinq cərimə ödəyəcək.
Fransada son bir neçə həftədə 10-13 min gündəlik yoluxma sayı qeydə alınır. Bu rəqəmlər pandemiyanın zirvədə olduğu mart-aprel aylarını belə geridə qoyub. Hökumətin strategiyası test sayını artırmaq və virusa yoluxanları izolyasiya etmək istiqamətindədir. Ölkədə tədbirlərin səlahiyyəti vali və bələdiyyələrə verildiyi üçün müxtəlif bölgələrdə müxtəlif tədbirlər görülür. Bunlara ictimai məkanlarda maskadan məcburi istifadə, 6-10 nəfərdən çox insanın toplaşmasına qadağa və toplantıların ləğvi daxildir.
İspaniyada fövqəladə vəziyyət elan olunmaması üçün tədbirlər görülür. Avropa miqyasında yoluxmanın ən sürətli olduğu Madriddə sərbəst hərəkətə məhdudiyyət qoyulub. Polis sadəcə iş, məktəb, səhiyyə və yaşayışla bağlı məsələlərə icazə verir. Qaydalara riayət etməyənlər 600-6000 min avro cərimə olunur.
Almaniyada məktəblərin açılması yoluxmanı artırıb. Bavariyada 8 min 800-dən çox şagird, 771 müəllim karantinə alınıb. Şimali Reyn-Vestfaliyada isə bu rəqəm müvafiq olaraq 7 min və 580 təşkil edir. Əyalətdə 4 məktəb tamamilə, 106 məktəb qismən bağlanıb.
Yayın əvvəlində yoluxmanı nəzarətə götürə bilən İtaliyada avqust ayından sonra gənc və turistlərin sayəsində yoluxma artıb. Buna görə də diskoteka tipli əyləncə məkanları bağlanıb./Publika.az