“Azərişıq” Bərdənin 8 kəndində yenidənqurma işləri aparır
- 1-08-2020, 14:29
- Manset
"İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ Bərdə Elektirk Şəbəkisinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir".
Bu barədə "APA-Economics"ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
Onun sözlərinə görə, əhalisinin əksəriyyəti maldarlıq və əkin işi ilə məşğul olan Bərdənin Mehdili kəndinin elektrik enerjisi təsərüffatı 60-cı illərin əvvəllərində qurulub və son illər istifadəyə yararsız vəziyyətə düşüb. 1500-dən çox sakinin yaşadığı kənddə elektrik enerjisi itkisi 30-35% olub. “Azərişıq” ASC Mehdilidə elektrik enerji təchizatını indi tamamilə yenidən qurur. İstismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur.
Bərdə rayonunda Yenidaş kənd ərazisində 35/10 kV-luq “Yeni Həyat” yarımstansiyası yenidən qurulur: "Yarımstansiya 7 mindən çox sakinin yaşadığı 8 kəndi kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edəcək. 7,5 MVA gücündə transformator quraşdırılan yarmstansiyadan 3 ədəd 10 kV-luq hava elektrik verilişi xətti çıxır. Yenidən qurulan yarımstansiya həmçinin 100-dən çox su artezian quyusuna da elektrik enerjisi verir. Kəndlərin suya olan təlabatını ödəmək üçün bu yarımstansiya müstəsna rola malikdir" deyən V.Aydınoğlu bildirib ki, açıq tipli yarımstansiya tkinti işləri tam başa çatdıqdan sonra qapalı şəraitdə fəaliyyətini davam etdirəcək.