Fransanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi
- 15-09-2020, 08:14
- Dünya
Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Esten bazar ertəsi günü Parisdə xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” bildirir ki, bu barədə “France-Presse” (AFP) agentliyi 94 yaşlı siyasətçinin yaxınlarına istinadən xəbər verib.
“Le Parisien” qəzetinin məlumatına görə, hospitalizəyə səbəb ağciyər infeksiyası olub. Nəfəs almaqda çətinlik çəkən Jiskar d'Esten Jorj Pompidu adına xəstəxanaya yerləşdirilib, hazırda reanimasiyadadır. Eks-prezidentin oğlu Luinin sözlərinə görə, siyasətçi, yaşlı olmasına baxmayaraq, əvvəllər ciddi sağlamlıq problemlərindən şikayət etməyib.
Qeyd edək ki, Valeri Jiskar d'Esten Fransaya 1974-1981-ci illərdə rəhbərlik edib.