Akira Kono: “Dekarbonizasiya məqsədlərinə çatmaq üçün mövcud texnologiyalardan istifadə edilməlidir”
- Dünən, 12:10
- Dünya
Dekarbonizasiya ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün ən vacib addımlardan biri mövcud texnologiyaların maksimum istifadəsidir.
Bu barədə "Report"a açıqlamasında Yaponiyanın yükdaşıma və logistika nəhəngi "Nippon Yusen Kabushiki Kaisha" (NYK) şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Akira Kono bildirib.
Onun sözlərinə görə, ancaq gəmiçilik sənayesinin mövcud texnoloji imkanları hələ də böyük ölçülü gəmilərin elektrikləşdirilməsini təmin edə bilmir: “Texniki baxımdan sıfır karbonlu yanacaq hazırda mövcud deyil. 2030-cu ilə qədər əsas məqsədimiz mövcud texnologiyalardan istifadə edərək qalıq yanacaqların istifadəsini azaltmaqdır. 2030-cu ildən sonra isə təbii yanacaqların, xüsusilə ammonyakın əlçatan olacağını gözləyirik. Lakin ammonyakdan geniş miqyasda istifadə etmək üçün böyük ölçülü gəmilər, miqyaslı istehsal və tədarük zəncirinin təmin olunması vacibdir”.
O əlavə edib ki, NYK hazırda ammonyak yanacağı ilə işləyən böyük ölçülü gəmilərin hazırlanması üçün yapon mühərrik istehsalçıları və gəmi istehsalçıları ilə əməkdaşlıq edir: "Ammonyakın istehsalı və tədarükü ilə məşğul olan digər sənaye nümayəndələri ilə də əməkdaşlıq genişləndirilir. Şirkət, xüsusilə, GERA ilə əməkdaşlıq çərçivəsində ammonyakın konservasiya məqsədilə istifadəsi üzərində işlər aparır”.
Onun sözlərinə görə, dekarbonizasiya prosesinin əsas çətinliklərindən biri maliyyə vəsaitidir: “Bu məqsədlərə çatmaq üçün davamlı investisiyalar tələb olunur və bu, yüksək xərclərə səbəb olur. Müştərilərimiz, maraqlı tərəflər və cəmiyyət dekarbonizasiyanı dəstəkləməlidir. Əsas problemimiz bu xərcləri tədarük zəncirinə inteqrasiya etməkdir. Bunun üçün şəffaf olmalı və xərcləri bölüşməliyik”.