Fransa şirkəti Ukraynanı bombalayan Rusiya təyyarələrini yanacaqla təmin etməkdə ittiham olunur
- 25-08-2022, 18:51
- Dünya
Fransanın “TotalEnergies” şirkəti Rusiya təyyarələri üçün qaz kondensatının tədarükündə ittiham olunur. Bu kondensatdan istehsal olunan yanacaq Rusiya təyyarələrində istifadə edilir.
Qaz kondensatının tədarükü Fransa şirkətinin Rusiyanın “Novatek” şirkəti ilə birgə müəssisədəki payı hesabına həyata keçirilib.
“Global Witness”in hesabatında bildirilib ki, yanacaq “Ternefteqaz” tərəfindən təmin edilən qaz kondensatından istehsal edilib. “TotalEnergies” isə bu şirkətdə 49% paya sahibdir.
Sibirdəki qaz yatağından iki hərbi hava bazasına (Morozovskaya və Malçevo) tədarük zənciri ilə bağlı məlumat əldə edilib. Bu bazaların hər birində çoxməqsədli qırıcılardan ibarət eskadron yerləşir.
Bildirilir ki, bu iki bazadan Ukraynadakı hədəflərə zərbələr endirmək üçün istifadə edilib.
“TotalEnergies” Rusiyada ordunu təmin edə biləcək hər hansı infrastruktura malik olmadığını bildirib. Lakin “Ternefteqaz”dakı payını etiraf edib və şirkətin bütün qaz kondensatının “Novatek”ə tədarük edildiyini qeyd edib.
“Ternefteqaz” hasil etdiyi qaz kondensatını tam həcmdə “Novatek”ə satır.
“TotalEnergies” Rusiyanın Ukraynaya qarşı müharibəsini ən sərt şəkildə pislədiyini bir daha təsdiqləyir”, - deyə Fransa şirkətinin bəyanatında bildirilib.