BMT rəsmisi: "Azərbaycan mədənlərdə yeraltı qazlardan yoluxmaların qarşısının alınması üçün böyük işlər görüb"
- 26-10-2023, 21:00
- Cəmiyyət
"Azərbaycan hökuməti mədənçilik sahəsində yeraltı qazlardan yoluxmaların qarşısının alınması üçün böyük işlər görüb".
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mədənçilik sənayesinin ətraf mühitə, iqlim dəyişmələri ilə mübarizəyə və sosial kapitala böyük töhfələri ola bilər: "Həmçinin 2030-cu il davamlı inkişafa nail olmağa kömək edə bilər. Lakin mədənçilik şirkətləri öhdəlikləri başa düşməli, öz işlərini təhlükəsiz şəkildə yerinə yetirməlidirlər ki, həm yerli cəmiyyət, həm də iqlim dəyişmələri ilə mübarizəyə müsbət təsir göstərsinlər. Bunun üçün bir neçə təkliflər irəli sürülüb".
BMT rəsmisi bildirib ki, mədənçilik şirkətləri davamlı biznes modelinə keçməli, dayanıqlı inkişaf məqsədlərini öz işlərinə tətbiq etməli, cəmiyyətin transformasiyası və gələcək nəsillərin faydalanması üçün zamandan yaxşı istifadə olunmalıdır: "Çədmədənçilik sektoru müasir iqtisadiyyatın inkişafı üçün çox vacib sahələrdən biridir. Təbii ki, bu zaman çağırışlar da nəzərə alınmalıdır. Ətraf mühitə qarşı diqqətli olmaq vacib çağırışlardandır. Təkcə ətraf mühit deyil, səhiyyə sahəsi də diqqətdən kənarda qalmamalıdır. Odur ki, Azərbaycan hökuməti mədənçilik sahəsində yeraltı qazlardan yoluxmaların qarşısının alınması üçün çox böyük işlər görüb. Biz Azərbaycanın 2030-cu il dayanıqlı inkişaf məqsədlərinə nail olmasına çalışacağıq. Ən yaxşı şəkildə işlərimizi azad olunmuş torpaqlarda da görə bilərik. Qarabağda dövri iqtisadiyyat modelini istifadə etməliyik".