Polşa Almaniyadan təzminat tələb etmək niyyətində deyil
- 23-10-2024, 15:35
- Dünya
Polşa İkinci Dünya müharibəsi zamanı vurduğu ziyana görə Almaniyadan təzminat tələb etməyəcək.
"Report" “TVP Info” telekanalına istinadən xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Söhbət təzminatdan getmir, sadəcə olaraq, almanların bizə etdiklərinə görə mənəvi məsuliyyət hiss etdiklərinin əyani əlamətidir”, - nazir bildirib. Onun sözlərinə görə, Almaniya hakimiyyəti nasist işğalının hələ də canlı şahidlərinin qayğısına qala və Berlində həmin hadisələrin xatirəsinə abidə ucalda bilər.
"Nəhayət, gələcəyə baxış, çünki biz və Almaniya müttəfiqik və məsələn, Krulevetsk dairəsindəki Rusiya raketlərinə və ya Baltikdəki Rusiya sualtı qayıqlarına qarşı mübarizə aparmaq üçün bir-birimizə ehtiyacımız var", - Sikorski əlavə edib.
"Burada topu almanların tərəfinə ötürdük - bizə polyakları (II Dünya müharibəsi illərində baş verənlərə görə) peşman olduqlarına inandıracaq bir yaradıcı həll təklif etsinlər", - o deyib.