İsrail ordusu: Beyrutdakı xəstəxananın altında “Hizbullah”a aid 500 milyon dolların saxlanıldığı bunker var
- 22-10-2024, 08:56
- Dünya
Beyrutdakı xəstəxanalardan birinin altında “Hizbullah” təşkilatının yeraltı bunkerinin olduğu güman edilir ki, burada təxminən yarım milyard dollar dəyərində nağd pul və qiymətli əşyalar saxlanılır.
“Report” xəbər verir ki, bu versiyanı İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə açıqlayıb.
Hərbçilərin fərziyyəsinə görə, bu bunker Dahiya ətrafındakı “As-Sahel” xəstəxanasının binasının altında yerləşir və guya “Hizbullah”ın keçmiş lideri Həsən Nəsrullah tərəfindən istifadə edilib. Haqarinin sözlərinə görə, obyekt uzunmüddətli qalmaq və döyüş əməliyyatlarına rəhbərlik etmək üçün uyğunlaşdırılıb, həmçinin təşkilatın fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan pul və digər qiymətli əşyaların saxlanc yeri kimi xidmət edir.
“Məlumatımıza görə, bu bunkerin içərisində azı yarım milyard dollar nağd pul və qızıl külçələr var. Bu vəsait Livanın bərpasına sərf oluna bilərdi və hələ də sərf oluna bilər, lakin bu pullar “Hizbullah” təşkilatının silahlanması üçün nəzərdə tutulub, bu vəsaitin başqa məqsədi yox idi”, – Haqari deyib.
O, sözlərini təsdiqləmək üçün xəstəxana binasının altında bunkerin yerləşməsini sxematik olaraq göstərən üçölçülü animasiya videosu təqdim edib.