İsrail Beyrutun ətrafındakı rayonun sakinlərini təcili təxliyəyə çağırıb
- 5-10-2024, 16:19
- Dünya
İsrailin Müdafiə Ordusu Beyrutun cənub ətrafındakı Burc-əl-Barajne bölgəsindəki bəzi evlərin sakinlərini ərazidə "Hizbullah" hərəkatının obyektlərinin yerləşdiyi üçün dərhal tərk etməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avihay Adri sosial şəbəkədəki səhifəsində yazıb.
"Cənubda şəhərətrafı sakinlər, xüsusən də Burj-əl Barajne rayonundakı xəritədə göstərilən binada olanlar üçün təcili xəbərdarlıq. Siz "Hizbullah"ın obyektlərinə yaxınsınız. Özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün dərhal bu binadan, ona bitişik evlərdən evakuasiya etməli və onlardan ən azı 500 metr məsafədə olmalısınız", - paylaşımda deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.