ABŞ Həriri sui-qəsdinin arxasında dayanan casusun başına 10 milyon mükafat qoydu
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında informasiya yerləşdirilib.
“ABŞ Dövlət Departamentinin Ədalət Mükafatları Proqramı livanlı Hizbullah terror qruplaşmasının sui-qəsd dəstəsində elit casus olan Səlim Cəmil Əyyaşın yerinin və ya kimliyinin müəyyən edilməsinə gətirib çıxaracaq, ya da bir ABŞ vətəndaşına və ya ABŞ-a məxsus bir mülkiyyətə qarşı beynəlxalq terror fəaliyyəti təşəbbüsünü əngəlləyəcək məlumatlar üçün 10 milyon dollara çatan bir pul mükafatı təklif edir”, - deyə ABŞ Dövlət Departamentindən bildirilib.