“Hizbullah” İsrail ərazisinin dərinliklərinə zərbələr endirə bilər
- 3-08-2024, 15:30
- Dünya
Livanın “Hizbullah” hərəkatı Beyruta edilən hücuma cavab olaraq təkcə hərbi hədəfləri seçməyərək, İsrail ərazisinin dərinliklərinə zərbələr endirə bilər.
“Report” xəbər verir ki, bu fikri İranın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşı “CBS” televiziyasına şərhində bildirib.
Onun sözlərinə görə, indiyə qədər hərbi əməliyyatlarla bağlı “Hizbullah” ilə İsrail arasında yazılmamış anlaşma var idi:
“Bu o demək idi ki, onlar sərhəd bölgələrində, ölkənin dərinliklərində olmayan ərazilərə, əsasən hərbi hədəflərə qarşı addımlar atırdılar. Bununla belə, İsrailin Dahiya bölgəsindəki yaşayış binasını bombalaması bu razılaşmanın üzərindən xətt çəkib. Biz gözləyirik ki, “Hizbullah” yalnız hərbi hədəflər və üsullarla məhdudlaşmayaraq, daha uzaq məsafələrdəki geniş çeşidli hədəfləri seçərək cavab verəcək”.